Fidan va Xuraman Qasimova

Fidan və Xuraman Qasımova bacıları bu dəfə Türkiyəyə gediblər. Müğənnilər adıçəkilən ölkədə solo-konsert proqramı ilə çıxış edəcəklər. Dekabrın 21-nə planlaşdırılan proqram Bilkend Universitetində baş tutmalıdır. Deyilənə görə, sənətçilərə dəvət elə adıçəkilən universitetin dekanından gəlib. Fidan və Xuraman Qasımova bacıları konsertdə həm Azərbaycan, həm də xarici kompozisiyaları səsləndirəcəklərini deyiblər .