|
Əliağa Məmmədqulu oğlu
İsgəndərovun təxəllüsü; 1895, Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi.
Azərbaycan əməkdar incəsənət xadimi (1943).
Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq
qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi
məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri
ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı,
zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr
olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid
İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu
şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və
s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq
etmişdir. «Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı şerlərdə
yeniliyə Mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi
illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944
kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri
təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında
qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi,
xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer
tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə
tərcümə etmişdir. |