[azworld/head.htm]

Lütfiyar İmanov

Azerbaijan Topraqi Baki Axshami Durna LAr
     

Durnalar Qayidanda Gal Gal Gal Beri
     

Aqashda Alma Aman Ouchi Ay Lachin

 

1929-cu ildə Sabirabadda doğulub. İlk rolunu 1943-cü ildə Sabirabad Dvlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində təhsilini bitirib və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında işləməyə başlayıb. 1959-cu ildə Moskvada Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olub. 1975-ci ildə 6 ay Milanın "La-Skala" teatrında təcrübə keçib. 1991-95-ci illərdə İstambul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri keçib. 1995-ci ildə Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rolllar oynayıb. Hazırda Bakı Musiqi Akademiyasında vokal professoru kimi çalışır. 1980-90-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olub. Evlidir. İki uşağı var.

Privacy Policy  |  Tell a Friend  |  Contact us
Copyright © 2003 DomainShopping.com All Rights Reserved