|
1929-cu ildə
Sabirabadda doğulub. İlk rolunu 1943-cü ildə Sabirabad
Dvlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin"
tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini
yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində təhsilini
bitirib və Dövlət Estrada Orkestrində, daha sonra isə
Musiqili Komediya Teatrında işləməyə başlayıb. 1959-cu
ildə Moskvada Koroğlu rolunu oynayıb. 1968-ci ildə
İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan
çox operada baş rolun ifaçısı olub. 1975-ci ildə 6 ay
Milanın "La-Skala" teatrında təcrübə keçib. 1991-95-ci
illərdə İstambul və İzmir şəhərlərinin opera
teatrlarında vokal dərsləri keçib. 1995-ci ildə
Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən
festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə
həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı"
festivalında çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador",
"Aida", "Riqoletto" və s. klassik opera əsərlərində
rolllar oynayıb. Hazırda Bakı Musiqi Akademiyasında
vokal professoru kimi çalışır. 1980-90-cı illərdə iki
dəfə Azərbaycan Ali Sovetinin deputatı olub. Evlidir.
İki uşağı var. |